Bunları bilirsinizmi?

Bunları bilirsinizmi?





Idmanda daima maraqlı və qeyri-adi hadisələr baş verir.  

"Olimpnews.az" saytı həmin hadisələrdən bəzilərini sizə təqdim edir:  


• 1964-cü ildə 48 yaşlı bir idmançı Los-Anceles ilə Nyu- York arasındakı məsafəni 73 gün 8 saat 20 dəqiqəyə qət edib. Hesablamaya görə, o gündə orta hesabla 68.8 kilometr qaçıb. Idmançı bu qaçış zamanı 15 kq arıqlayıb.

• Ingiltərəli marafonçu C.Sonders Hyu-York stadionunda keçirilən yarışda fasiləsiz olaraq 191 km məsafəni 22 saat 49 dəqiqəyə başa vurub.

• Yuqoslaviyada şəhər stadionlarının birində futbol oyunu keçirilirdi. Tamaşaçılar oyuna maraqla baxırdılar. Topa vurulmuş zərbələrdən biri daha güclü olur. Top yüksəyə qalxır və yerə düşmür. Hamı çaşqınlıq içərisindədir. Tamaşaçılar və oyunçular bu maraqlı hadisənin nə ilə nəticələnəcəyini gözləyirlər. Sən demə, meydançanın üstündən uçan qartal havadakı topu yem bilərək caynaqlarına alır. Yalnız stadiondan bir km uzaqlaşandan sonru qartal topu yerə buraxır.

• "Şeffild Uensdey” klubunun oyunçusu Kris Bunt enerjisini qorumaq üçün dövrə arasında jelibon ayıcıqlardan yeyirmiş. İspaniya mətbuatının yazdığına görə, "Barcelona”nın ulduz futbolçusu Lionel Messinin də jelibonlara qarşı bağlılığı vardır.

• Alessandro Nesta bir vaxtlar saatlarla playstation oynadığı üçün sol əlinin baş barmağını şikəst edib. Buna görə Əməliyyat keçirən Nesta dörd həftə futboldan uzaq qalıb.

• Əfsanəfi futbolçu Qari Lineker 20 illik idman karyerasında bir dəfə də sarı kart almayıb.

• Səudiyyə Ərəbistanında 1992-ci ildə qapısından 7 və daha çox qol buraxan komandaya falaqqa cəzası tətbiq olunub.