İlham Zəkiyev: «Azərbaycanın bayrağı daim ucalarda olmalıdır»

 İlham Zəkiyev: «Azərbaycanın bayrağı daim ucalarda olmalıdır»


Azərbaycan Paralmpiya Komitəsindən olimpnews.az-a daxil olan xəbərdə deyilir ki, Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytında ikiqat Paralimpiya çempionu İlham Zəkiyev haqqında məqalə dərc edilib. Məqalədə deyilir: «Azərbaycan cüdoçularının məqsədi, 2016-cı ildə Braziliyanın Rio- de - Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyularında müvəffəqiyyət qazanmaqdır. 2016-cı il Braziliyanın Rio - de - Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarına üç il qalmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinın dəstəyi ilə Azərbaycan cüdoçuları bu oyunlara ciddi hazırlaşırlar. Hazırlıqla bağlı bu ilin noyabr ayında keçiriləcək Avropa Çempionatını qeyd etməmək mümkün deyil. 2012-ci ildə XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycan cüdo idman növü üzrə üç medal, 2 qızıl, 1 bürünc medal əldə edib. Bununla da Azərbaycan siyahıda 3-cü yerə yüksəlib. Axırıncı son medalı +100 kg kateqoriyasında çıxış edən İlham Zəkiyev qazanıb. 2004-cü ildə Afina Paralimpiya Oyunlarında və 2008-ci ildə Pekin Paralimpiya Oyunlarında qızıl medal əldə edən 33 yaşlı görmə qüsurlu, lakin həddindən artıq enerjili insan olan İlham Zəkiyev cüdo idman növünün Azərbaycanda inkişafına təkan verməklə yanaşı, digər görmə qüsurlu insanların cüdo ilə məşğul olması üçün stimul verir.

"Mənim Afinadakı qalibiyyətimdən sonra Azərbaycanda paralimpiya cüdo idman növünə diqqət daha da artdı. Nəticə olaraq Pekin şəhərində keçirilmiş Yay Paralimpiya Oyularında Azərbaycan idmançıları yeddi çəki kateqoriyasında çıxış edərək dörd medal qazanıblar. Azərbaycanın vətəndaşları üçün biz Paralimpiya Oyunları qəhramanıyıq” - deyə Zəkiyev söyləyib.
Məqalədə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekin Paralimpiya Oyunlarında qazanılmış 4 medaldan sonra ölkədə xüsusiləşmiş idman bazası inşa etdirib. İlham Zəkiyev ölkə rəhbərliyinin idmana və paralimpiyaçılara göstərdiyi diqqət və qayğının idmançıların beynəlxalq yarışlarda, o cümlədən noyabr ayında keçiriləcək Avropa çempionatında inamlı qələbəsi üçün böyük stimul verdiyini deyib: "Azərbaycan Respublikasının Prezidenti həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Ölkə rəhbəri tərəfindən idmana və idmançılara yüksək səviyyədə diqqət və qayğı göstərilir. İdmançıların bütün sosial və maliyyə problemləri dövlət tərəfindən həll olunur. Bu da bizim vaxtımızı və diqqətimizi yalnız məşq prosesinə yönəltməyə vadar edir. Bütün bunlar hər bir idmançı kimi məni də yeni qələbələrə və Azərbaycanı dünyada daha layiqli səviyyədə təmsil eləməyə ruhlandırır. Nəticələrimiz bizi yeni nəticələr əldə etməyə vadar edir. Bu gün bizim ən vacib məqsədimiz 2016 - cı ildə Braziliyada keçiriləcək XV Rio - de - Janeyro Yay Paralimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etməkdir. Mən istərdim ki, bizim idmançılar bilsinlər! Fərqi yoxdur qalib və ya məğlub oldun. Əsas odur ki, Vətənini fəxarət hissi ilə təmsil edə biləsən. Bundan əlavə olaraq idmançılarımız heç vaxt yaddan çıxarmamalıdırlar ki, Azərbaycanın bayrağı daim ucalarda olmalıdır. Bu mənim işimdir və mən onu sevirəm.

Qalibiyyətlərimin nəticəsi olaraq vətənimin bayrağının yüksəlməsi və milli himninin səslənməsi mənə xüsusən, böyük zövq verir və mən bununla qürur duyuram” - İlham Zəkiyev vurğulayıb.

Xatırladaq ki, Braziliyada keçiriləcək XV Rio- de - Janeyro Yay Paralimpiya Oyuları 2016-cı il 9 - 20 sentyabr tarixlərində keçiriləcək.

Milli Paralimpiya Komitəsi Mətbuat Xidməti