Fərqli duetlə ikiqat Olimpiya çempionu tituluna yiyələnib

Fərqli duetlə ikiqat Olimpiya çempionu tituluna yiyələnib

Fiqurlu konkisürmə yarışlarında Fransanı təmsil edən Giyom Sizeron fərqli tərəfdaşlarla iki Olimpiya çempionu olan ilk idmançı olub. 
Olimpnews.az xəbər verir ki, bundan əvvəl Pekin-2022 Qabriella Papadakis ilə duetdə qızıl medala yiyələnib. İtaliyadakı olimpidada isə həmyerlisi Lorens Furnier Baudri ilə birlikdə birinci yerə layiq görülüb.
Qeyd edək ki, 2018-ci ildə Papadakis və Sizeron fərdi yarışlarda gümüş medal əldə etmişdilər.