Gənc güləşçimiz Kaspiyskdə bürünc medal qazanıb

Gənc güləşçimiz Kaspiyskdə bürünc medal qazanıb


Rusiya Federasiyasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıb. Güləşçilərimiz turniri 1 bürünc medalla başa vurublar. Yeganə medalı komandamıza Zaur Nuriyev qazandırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fəxri kürsünün 3-cü pilləsində qərar tutub. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.