"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Cəlilabad rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə
keçirilən turnir böyük maraqla qarşılanıb. Uşaq-Gənclər İdman Şahmat Məktəbinin idman bazasında təşkil edilən turnirdə 14 çəki dərəcəsi üzrə 103 idmançı qüvvəsini sınayıb. Qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.


