"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının kişilərin biatlon estafetində iştirak edib.
Olimpnews.az xəbər verir ki, Antholzda keçirilən yarışın finiş xəttində yer alan almaniyalı mütəxəssis son dövrənin elan zəngi səsləndirib.
Məlumat üçün bildirək ki, Fransa komandası Olimpiadanın qızıl medallarına yiyələniblər. İlk üçlükdə Norveç və İsveç yığması fəxri kürsüdə yer alıblar. Yürgen Kloppun həmyerliləri isə dördüncü yerlə kifayətləniblər.


