Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında İsveçi təmsil edən biatlonçu Sebastian Samuelsson yarışlarda uğursuz çıxışın səbəbini açıqlayıb.
"Antholz dağ massivində hündürlük səviyyəsində xeyli aşağıda qalmışam. Gündəlik orada qalmaq mənə yaxşı təsir etmədi. Elə düşünürdüm ki, bu olimpiadadan əvvəl köməyimə çatacaq. Lakin risk özünü mənfi tərəfdən göstərdi. Əslində məqsədim daha çox medal qazanmaq idi, amma…", - deyə Samuelsson RMC-ə verdiyi müsahibədə bildirib.
Məlumat üçün bildirək ki, İtaliyada isveçli xizəkçi fərdi yarışda 7-ci, sprintdə 5-ci və təqibdə 12-ci yeri tutub. O yeganə bürünc medalını kişilərin estafet yarışında əldə edib.
İsveçli biatlonçunun seçimi uğursuz oldu


