"Göstərdiyim nəticəyə görə xalqımdan üzr istəyirəm"

"Göstərdiyim nəticəyə görə xalqımdan üzr istəyirəm"

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında keçirilən xizək üzrə estafet yarışında uğursuz çıxış etdiyinə görə isveçli Edvin Anger həmyerlilərindən üzr istəyib.
Olimpnews.az xəbər verir ki, Yohan Hegström, Kalle Halfvarsson, Viljam Poromaa və Edvin Angerdən ibarət İsveç komandası estafetdə sonuncu, 10-cu yeri tutub.
 "Bu, fiaskodur. Heç kim nəticə göstərə bilmədi. Xizəklərlə bağlı problemlər də təsirsiz ötüşmədi. Yarışı yarımçıq qoydum, amma sonra hər şey normal vəziyyətinə qayıtdı. İndi evə getmək istəyirəm. Bundan sonra İsveç xalqına nə deyə bilərəm? Göstərdiyim nəticəyə görə xalqımdan üzr istəyirəm", - deyə Anger bildirib.