Jokeylərin mübarizəsi başladı

Jokeylərin mübarizəsi başladı

Binə Atçılıq Mərkəzindəki hippodromda Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən Milli Atçılıq Festival çərçivəsində iyunun 5-7-də və 9-da çövkən milli atüstü oyunu üzrə "100 İllik Yubiley Kuboku” turniri olacaq. Bu yarışın ümumi mükafat fondu 50 min manat təşkil edir.
İyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri başlayacaq. "Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.
İyunun 15-17-də Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə ölkəmizdə arena polo üzrə Dünya kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət "Elite Horse & Polo Club”u təmsil edəcək.