U-23 dünya çempionatında 3 medal əldə olunub

U-23 dünya çempionatında 3 medal əldə olunub





Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparırlar.

"Olimpnews.az” xəbər verir ki, Azərbaycanı bu yarışlarda hər 3 növ üzrə milli komandanın üzvləri təmsil edirlər.
İlk yarış günündə xalça üzərinə çıxan yunan-Roma güləşçilərimiz yarışları 3 (1 qızıl, 2 bürünc) medalla başa vurublar.
Qızıl medalı komandamıza 87 kq-da mübarizə aparan İslam Abbasov qazandırıb. İdmançımız ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Macarıstan idmançısına da heç bir şans verməyən İslam finala yüksəlib. Həlledici görüşdə İslamın rəqibi Xorvatiya təmsilçisi olub. Güləşçimiz rəqibinə güzəştə getməyərək onu mübarizədən asanlıqla kənarlaşdırıb.
Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) çempionatın bürünc medalına sahib olublar.
Yarışların üçüncü yarış günündə qadın güləşçilərimiz mübarizəyə qoşulublar. Çempionatda 3 qadın güləşçi ilə təmsil olunan komandamız dünya çempionatını medalsız başa vurub.

Yarışların son iki günündə sərbəst güləşçilərimiz mübarizə aparırlar. Güləşçilərimizdən ikisi - Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) yarımfinala yüksəlib. Yarımfinalda hər iki güləşçimizin rəqibi Almaniya idmançısı olacaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə bu gün saat 19:30-da başlayacaq.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.