Yarışın qalibi “Concorde 57” ləqəbli atla olub

Yarışın qalibi “Concorde 57” ləqəbli atla olub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri başa çatıb.
Binə Atçılıq Mərkəzindəki "Elite Horse & Polo Club”un yaşıl arenasında keçirilən yarışın qalibi "Concorde 57” ləqəbli atla "Sərhədçi” klubunun idmançısı Seyid Musayev olub.
Ümumi mükafat fondu 34 min manat olan turnirin qalıb idmançısına kuboku ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.