Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub. Pəhləvanlarımız yarışları 7 (2 qızıl, 2 gümüş və 3 bürünc) medalla başa vurublar.
"Olimpnews.az" xəbər verir ki, çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparıblar. Azərbaycanı bu yarışlarda hər 3 növ üzrə milli komandanın üzvləri təmsil ediblər. İlk yarış günündə xalça üzərinə çıxan yunan-Roma güləşçilərimiz yarışları 3 (1 qızıl, 2 bürünc) medalla tamamlayıblar.
Yunan-Roma güləşçilərimizdən qızıl medalı komandamıza 87 kq-da mübarizə aparan İslam Abbasov qazandırıb. İdmançımız ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Macarıstan idmançısına da heç bir şans verməyən İslam Abbasov finala yüksəlib. Həlledici görüşdə İslamın rəqibi Xorvatiya təmsilçisi olub. Güləşçimiz rəqibinə güzəştə getməyərək onu mübarizədən asanlıqla kənarlaşdırıb. Murad Məmmədov (60 kq), və Eltun Vəzirzadə (82 kq) çempionatın bürünc medalına sahib olublar.
Yarışlarda 3 qadın güləşçi ilə təmsil olunan komandamız dünya çempionatını medalsız başa vurub.
Yarışların son iki günündə sərbəst güləşçilərimiz mübarizə aparıblar. Azərbaycan güləş yığmasına ikinci qızıl medalı bu növdə Şamil Zubairov (92 kq) qazandırıb. İdmançımız dörddəbir finalda Rusiya, yarımfinalda isə ermənistanlı güləşçini məğlub edərək finala çıxıb. Finalda onun rəqibi Gürcüstan güləşçisi İrakli Mtsituri olub. Şamil Zubairov həlledici görüşdən də qalib ayrılıb və rəqibinə tam üstünlüklə (8:1) qalib gəlib.
Dünya çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.