Minskdə bədii gimnastika üzrə dünya kuboku start götürüb.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən verilən məlumata görə mübarizəyə birinci olaraq qrup komandaları qoşulublar. Azərbaycan yığması iki hərəkətin yekununa görə 32,45 bal toplayaraq dördüncü yeri tutub. Dünya kubokunun qızıl medalını 36,3 bal nəticə ilə Rusiya gimnastları alıblar.