Kamandan oxatma üzrə çempionat başa çatıb

Kamandan oxatma üzrə çempionat başa çatıb


Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində keçirilən ölkə çempionatında üç yaş kateqoriyası üzrə qızlar və oğlanlar yarışıblar.
Böyüklər arasında yarışda kişilərdə Cahan Musayev, qadınlarda Yaylagül Ramazanova ölkə çempionu adını qazanıblar. Yeniyetmə yaş kateqoriyasında oğlanlarda birinci yeri Sahib Abilov, qızlarda isə Nəzrin Zamanova tutub. Uşaqlar arasında Əli Süleymanov və Aytən Hüseynzadə yarışın qalibi olublar.
Mükafatçılara diplom və pul mükafatı təqdim olunub. Qeyd edək ki, kamandan oxatma idmanı Olimpiya idman növləri sırasına daxildir.