“TT Fayt” komandası birinci olub

“TT Fayt” komandası birinci olub

İyunun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində "Gilan Holding”, FHN, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri - "Mübarizlər” yarışı keçirilib. Qaydalara əsasən, iştirakçılar 5 kilometrlik trası qət edib, habelə uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar. Nəticədə sentyabrda keçiriləcək super finala vəsiqə qazanan komandalar və fərdi iştirakçılar müəyyənləşdirilib.
Kişilərin fərdi yarışında birinci yeri Sergey Silin, ikinci yeri İvan Degtaryov, üçüncü yeri isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Cəlal Süleymanov tutub.
Qadınların fərdi yarışında birinci yerdə Anna İvanova, ikinci və üçüncü yerlərdə müvafiq olaraq Anastasiya Mixina və Natalya Molodsova qərarlaşıb.
Komanda hesabında "TT Fayt” komandası birinci olub. Dövlət Təhlükəsizliyi Xidmətinin "Qartal” komandası ikinci, "Tağım 4” komandası üçüncü yerə çıxıb.
Qaliblərə medal, kubok, diplom və pul mükafatları təqdim olunub.