Dünya kapoeyraçıları Bakıda

Dünya kapoeyraçıları Bakıda

2013-cü ildə kapoeyranın WCF (Dünya Kapoeyra Federasiyası) versiyası üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Mayın 30-dan iyunun 1-dək Bakıdakı "Sərhədçi” İdman Olimpiya Kompleksində təşkil olunacaq dünya çempionatında 50 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparacaq. Çempionatın Bakıda keçirilməsi haqda qərar 2011-ci ildə keçirilən Ümumdünya Kapoeyra Federasiyasının Baş konfransında qəbul edilib. Yarışı Azərbaycan Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi dəstəkləyir.