İdman gimnastları Azərbaycan birinciliyində yarışacaqlar

İdman gimnastları Azərbaycan birinciliyində yarışacaqlar




Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verib.

Biri-birinin ardınca beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası iyunun 29-30-da kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına hazırlaşır. İki gün davam edəcək yarışda ümumilikdə, 100-dən çox gymnast qüvvəsini sınayacaq.
Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.