Bakı lisenziya yarışlarına ev sahibliyi edəcək

Bakı lisenziya yarışlarına ev sahibliyi edəcək




İyunun 23-də Bakı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya verəcək idman gimnastikası üzrə təsnifat yarışlarına ev sahibliyi edəcək. 

Yarışlarda dünyanın 33 ölkəsindən 58 kişi və 54 qadın gimnast mübarizə aparacaq.
Kişi gimnastlar 16-17 yaş, qadın gimnastlar isə 15 yaş kateqoriyasında mübarizə aparacaqlar. Ölkəmizi isə bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər. Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən, hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək imkanı əldə edəcəklər.