Olimpiya çempionu səfir seçilib

Olimpiya çempionu səfir seçilib


Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva 2014-cü ildə keçiriləcək yeniyetmələrin Olimpiya oyunlarının səfiri seçilib. Rusiyalı idmançı bununla bağlı deyib: "Mən çox xoşbəxtəm və fəxr edirəm ki, Çinin Nankin şəhərində keçiriləcək yeniyetmələrin Olimpiya oyunlarının səfiri seçilmişəm. Bu yarışlar gənc idmançılar üçün sınaq meydan rolunu oynayır. Mən bunu Yeniyetmələrin Sinqapur Oyunlarında görmüşəm”.