Məktəblilərin XXV spartakiadası yekunlaşıb

Məktəblilərin XXV spartakiadası yekunlaşıb

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın proqramına daxıl olan güllə atıcılığı növü üzrə yarış sona çatıb. Sabunçu rayonu ərazisində yerləşən Bakı Sənaye Pedaqoji Kollecində təşkil olunan yarışda X-XI sinif şagirdləri mübarizə aparıblar. Sabunçunun 80 nömrəli tam orta məktəbinin şagirdləri daha sərrast olduqları üçün birinci yerə layiq görülüblər. İkinci yeri Qaradağ rayonu 233 nömrəli tam orta məktəbin komandası tutub. Xəzər rayonunu təmsil edən 181 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
XXV spartakiadanın proqramına daxil olan dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), basketbol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), mini futbol və güllə atıcılığı növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 28 xalla ümumi komanda hesabında birinci yerdə qərarlaşıb. 47 xal qazanan Nərimanov rayon məktəbliləri ikinci olublar. Üçüncü yeri isə Xəzər rayonuna (57 xal) qismət olub.