Bakıda gimnastika üzrə lisenziya yarışlarına start verilib

Bakıda gimnastika üzrə lisenziya yarışlarına start verilib







Bu gün Yeniyetmələrin Buenos-Ayres Olimpiya Oyunlarına lisenziya verən idman gimnastikası yarışlarına start verilib. Yarışlarda dünyanın 32 ölkəsindən 96 (52 kişi və 44 qadın) təsnifat yarışlarında mübarizə aparır.
"Olimpnews.az” xəbər verir ki, təsnifat yarışlarında uğur qazananlar bu il oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Kişi gimnastlar 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında yarışırlar.
Ölkəmizi isə bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edirlər.
Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.