Gimnastımız Buenos-Ayres-2018 Olimpiadasına lisenziya qazanıb

Gimnastımız Buenos-Ayres-2018 Olimpiadasına lisenziya qazanıb





Bakıda keçirilən lisenziya yarışlarına yekun vurulub

"Olimpnews.az” xəbər verir ki iyunun 23-də Yeniyetmələrin Buenos-Ayres Olimpiya Oyunlarına lisenziya verən idman gimnastikası yarışları başa çatıb. Yarışlarda dünyanın 32 ölkəsindən 96 (52 kişi və 44 qadın) təsnifat yarışlarında mübarizə aparıb.
Kişi gimnastlar 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparıblar.
Ölkəmizi təsnifat yarışlarında Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil ediblər.
Oğlanlar arasında çoxnövçülük yarışlarında birinci yeri Rusiyalı gymnast Yuri Busse tutub. O, hakimlərdən 80.731 xal alıb. Sergey Nadin (Rusiya) 80.297 xalla ikinci olub. 3-cü yeri isə 79.332 xalla Balas Kristizan (Hollandiya) tutub.
Azərbaycanlı gimnast Səməd Məmmədli 77.931 xalla 5-ci yerdə qərarlaşıb. Beləliklə, gimnastımız Yeniyetmələrin Buenos-Ayres Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Qızlar arasında yarışlarda qızıl medala 54.299 xalla Ukrayna təmsilçisi Anastasiya Baxinskaya layiq görülüb. Fəxri kürsünün 2-si pilləsində hakimlərdən 53.266 xal alan fransalı gimnast Karolann Heduit qərarlaşıb. 3-cü yeri 53.066 xalla Rusiyalı gimnast Darya Belousova tutub.