Gimnastlarımızın mübarizəsi başlayır

Gimnastlarımızın mübarizəsi başlayır

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verəcəyi tarixi açıqlayıb. Federasiyanın rəsmi saytının məlumatına əsasən Milli Gimnastika Arenasında bu dəfə kişi və qadın İdman Gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçiriləcək.
İki gün davam edəcək turnirdə, ümumilikdə, 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.