Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb

Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb


Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb. İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilir. Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.