Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyinə və Bakı çempionatına iyunun 30-da yekun vurulub. Kişilər arasında 2010-2011-ci il təvəllüdlü balacaların yarışlarında Hüseyn Mustafazadə birinci, İbrahim Aydınlı ikinci, Rəşad Əliyev isə üçüncü yerə layiq görülüblər.
2009-2010-cu il təvəllüdlü qızlar arasında çoxnövçülük yarışında "Ocaq” idman klubunun yetirmələri olan Amaliya və Asiya Ağayeva bacıları müvafiq olaraq qızıl və gümüş, Xədicə Abbaszadə isə bürünc medala sahib olublar.
2011-ci il təvəllüdlü balacalar arasında yarışların nəticələrinə görə "Ocaq” idman klubunun yetirmələri Leyla Məmmədzadə qızıl, Nurana Əliyeva gümüş, Albina Əliyeva isə bürünc mükafata layiq görülüb.