Yelkənçilərimiz ölkəmizi uğurla təmsil ediblər

Yelkənçilərimiz ölkəmizi uğurla təmsil ediblər

Haaqada Sxeveningen dəniz limanında "Optimist” sinfi üzrə Avropa çempionatı keçirilib. İyunun 23-dən 30-dək Optimist Avropa Çempionatı mükəmməl yelkən şəraitində baş tutub və yelkənçilərimiz ölkəmizi uğurla təmsil ediblər.
Çətin hava şəraitinə baxmayaraq yelkənli və digər su idmanlarına həsr olunan Avropa çempionatında uğurla iştirak edən yelkənçilərimizin yarışlarda fədakar iştirakı beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanıb. Təcrübəli və dünya şöhrətli yelkənçilərin iştirak etdiyi Avropa çempionatında yelkənçilərimizin Azərbaycanı təmsil etməsi və idmançılarımızın uğurlu iştirakı gələcəkdə də bu cür yarışlara daha əzmlə hazırlaşmağa əsas verir.
"Optimist” sinfi üzrə keçirilən Avropa çempionatında Azərbaycanı yelkənçilərimiz Ayla Babayeva, Murad Allahverdi, İsmayıl Kərimov, Murad İsmayılov, Murad Hacızadə, Kristina Kərimova, heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil ediblər.