Çövkən üzrə ikinci respublika çempionatı start götürüb

Çövkən üzrə ikinci respublika çempionatı start götürüb

Mayın 22-də Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən "Elite Horse Club”un yeni istifadəyə verilmiş arenasında çövkən üzrə ikinci ölkə çempionatına start verilib.
Dörd gün davam edəcək turnirin ilk iki günündə komandalar 1/4 final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizəyə qatılıblar. Mayın 24-25-də iki oyun olmaqla yarımfinal və final yarışları keçiriləcək.
Yarışda Ağdam, Şəki, Ağcabədi, Ağstafa, Yevlax, Xızı və digər bölgələri təmsil edən 8 komanda birincilik uğrunda mübarizə aparır.
Məlumat üçün qeyd edək ki, turnirin ümumi mükafat fondu 50 min manatdır.