Həndbolçularımız bu gün Estoniya yığması ilə qarşılaşacaq

Həndbolçularımız bu gün Estoniya yığması ilə qarşılaşacaq


Azərbaycanın 2002-2003-cü il təvəllüdlü həndbolçu qızları İsveçin Göteborq şəhərində keçirilən açıq Avropa turnirində İslandiya təmsilçilərinə 27:8, İspaniya kollektivinə 21:12 hesabı ilə məğlub olublar. Beləliklə, bu nəticələrdən sonra yığmamız 2 xalla qrup sonuncusu olub.
Təmsilçilərimiz bu gün Estoniya həndbolçuları ilə qarşılaşacaq. Çempionata iyulun 6-da yekun vurulacaq.