Güləşçilərimiz “Çempionlar” turnirində yarışacaqlar

Güləşçilərimiz “Çempionlar” turnirində yarışacaqlar

2013-cü ilin təqvim planına əsasən, yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığması mayın sonunda Türkiyənin paytaxtı Ankarada keçiriləcək "Çempionlar” beynəlxalq turnirində iştirak edəcək. Güləşçilərimiz yarışa hazırlıq məqsədi ilə, məşqçilər korpusunun rəyinə əsasən, Bakıda təlim-məşq toplanışı keçirirlər.
Mayın 30-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev və Fuad Alıyevin rəhbərliyi altında 17 güləşçi mübarizə aparır.