Yığmamız hər iki oyunu uduzub

Yığmamız hər iki oyunu uduzub


Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət milli həndbol komandası İsveçin Höteburq şəhərində keçirilən açıq Avropa turnirində iki oyun keçirib. Yığmamız Rusiya kollektivinə 38:8, Slovakiya millisinə isə 35:11 hesabı ilə məğlub olub.
Azərbaycan həndbolçuları iyulun 6-da - turnirin sonuncu günündə 9-20-ci yerlər uğrunda Gürcüstan təmsilçiləri ilə qarşılaşacaqlar. İsveçrə və Rumıniya milliləri üçüncü yer, Fransa və Macarıstan yığmaları isə qızıl medal uğrunda mübarizə aparacaqlar.