Rusiya Olimpiya Komitəsinin (ROK) fəxri vitse-prezidenti Vladimir Vasinin verdiyi məlumata görə, komitə 11 qış və 25 yay idman federasiyasına 1,4 milyard rubl məbləğində maddi yardım göstərib. "Rusiya Olimpiya Komitəsinin əsas vəzifələrindən biri də idman federasiyalarına kömək göstərməkdir. Biz bu gün "Qazprom”la razılaşmaya əsasən 11 qış və 25 yay idman federasiyasına 1,4 miyard maddi yardım göstərmişik. Belə şey əvvəllər olmayıb. Bundan əlavə, biz regionlarda Olimpiya şuraları təşkil etməyə qərar vermişik. Hazırda regionlarda 60 belə Olimpiya Şurası və tədbirlərin təşkili üçün onların hər birinə 500 min rubl vəsait ayırmışıq”, - deyə ROK-un fəxri vitse-prezidenti bildirib.