Elxan Əliyev kubokun sahibi olub

Elxan Əliyev kubokun sahibi olub


Azərbaycan kikboksinq üzrə peşəkarlar yığması Londonda keçirilən King Of Kings (KOK) turnirinin dünya Qran-Prisində iştirak edib. Yığma komandanın üzvü Elxan Əliyev 71 kiloqram çəki dərəcəsində böyük britaniyalı rəqibi Kade Sherloku məğlub edib. İkinci raundda polşalı rəqibi Dominik Matuş üzərində qələbə çalan Elxan Əliyev kubokun sahibi olub.
Digər yarışlarda isə Alişan Aslanlı, Asəf Aslanov, Arzuman Qədimov qələbə qazanıblar.
İdmançılarımızdan Eduard Məmmədov və Turan Qafarov isə görüşü qələbəsiz başa vurublar.