İdmançılarımız uğurla çıxış edib

İdmançılarımız uğurla çıxış edib

Ukraynada keçirilən səmti müəyyənetmə idmanı üzrə "Xatirə kuboku–2018” yarışlarında iştirak edən Azərbaycan idmançıları uğur qazanıblar. Yarışda idmançılarımız Süleyman Əliyev və Sevda Verdiyeva 2-ci, Vladislav Tuzov isə 3-cü idman dərəcələri qazanıblar. Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasından bildirilib ki, ölkəmizi yarışlarda beş idmançı təmsil edib. Kişilərin yarışında 21E kateqoriyasında Süleyman Əliyev və Vladislav Tuzov, qadınların mübarizəsində isə 21E kateqoriyasında Sevda Verdiyeva və Anna Kamayeva güclərini sınayıblar.