Həyat yoldaşını daşımaq yarışı

Həyat yoldaşını daşımaq yarışı

Bu yarış hər il Finlandiyada keçirilir. Sonkajarvi qəsəbəsində kişi yarışçılar həyat yoldaşlarını çiyinlərində apararkən maneəni dəf etməlidirlər. Rəvayətlərə görə, soyğunçu Ronkainen və dəstə üzvləri, yaxınlıqdakı kəndlərdən ərzaq və qadınları məhz bu şəkildə oğurlayıblar. Yarışa mükafatı isə həyat yoldaşının çəkisi qədər pivədir.