İkinci Avropa Oyunları ilə bağlı görüş keçirilib

İkinci Avropa Oyunları ilə bağlı görüş keçirilib

"Minsk-2019” ikinci Avropa Oyunlarının nümayəndə heyətləri rəhbərlərinin iclası işə başlayıb.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin idman şöbəsinin rəisi Həsənağa Rzayev təmsil edir.
İki gün davam edəcək iclasa iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, rəsmilər, II Avropa Oyunlarının və Avropa Olimpiya Komitəsinin təmsilçiləri qatılıblar.
Qeyd edək ki, "Minsk-2019” ikinci Avropa Oyunları gələn il iyunun 21-30-da Belarusda təşkil olunacaq.