Qəbələdə sərbəst güləş üzrə rayon birinciliyi

Qəbələdə sərbəst güləş üzrə rayon birinciliyi


Mayın 23-də Qəbələ Olimpiya İdman Kompleksində Qəbələ rayon Gənclər və İdman idarəsi "28 May Respublika günü” nə həsr edilmiş yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.
Yarışın təşkilində məqsəd 28 May Respublika günü ilə əlaqədar Şərqdə ilk dəfə Azərbaycan Demokratik Respublikasının qurulması və tarixi barədə gənc nəslin diqqətinə çatdırmaq, eyni zamanda yeniyetmə və gənc idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, sərbəst güləş növünü yeniyetmələr arasında təbliğ etmək və kütləviliyini artırmaqdan ibarətdir.
Birinciliyin açılış mərasimində çıxış edən Qəbələ rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov "28 May Respublika günü”nün yaranma tarixi barədə məlumat verərək bütün bölgələrdə olduğu kimi, Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən qayğı və diqqətdən danışaraq yarış iştirakçılarına uğurlar arzuladı. Daha sonra yarışın baş hakimi Kamran Cabbarov birinciliyin keçirilməsinin qaydaları haqqında idmançıları məlumatlandırdı.




Açılş mərasimindən sona meydan birincilik uğrunda mübarizəyə başlayan güləşçilərin ixtiyarına verildi. Yarışda 14 çəki dərəcəsi üzrə (23-26-29-32-35-38-42-45-48-52-56-60-65-70 kq) 60-a yaxın yeniyetmə və gənc güclərini sınadılar.
Sərbəst güləş üzrə rayon birinciliyinin yekununda 23 kq çəkidə Emin Məmmədov, 26 kq çəkidə Sunar Həsənov, 29 kq çəkidə Məhəmmədiyyə Osmanov, 32 kq-da Ağafət Qəribov, 35 kq-da Elçin Əzimzadə, 38 kq-da Şamil Mustafayev, 42 kq-da Sərvər Faxlulov, 45 kq-da Rəvan Xəlilov, 48 kq-da Arzuman Abulov, 52 kq-da Nurxan Bəhrambəyli, 56 kq-da Elnur Abdullayev, 60 kq-da Bəhman Abdullayev, 65 kq-da Natiq Sadəddinli və 70 kq çəki dərəcəsində Süleyman Mərdəli I yerə layiq görülüblər.
Qaliblərə diplom və medallar təqdim edilib.