Paralimpiyaçılarımız Lozannaya gedəcəklər

Paralimpiyaçılarımız Lozannaya gedəcəklər

Paralimpiya proqramı üzrə taekvondo üzrə seçmə komandamız dünya çempionatı öncəsi təlim məşqlərə start verib. Komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyevin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə İsmayılli Olimpiya İdman Kompleksində hazırlıqlara başlayan idmançılar məşqlərə başlayıblar.
Ötən ilin noyabrında Aruba Respublikasının Santa Kruz şəhərində dünya cempionatının qaliblərindən, ikiqat dünya çempionu Aynur Məmmədova, eləcə də Emin Nüsrətdinov, Nicat Müslümov, Vüsal İsmayılov və Vüqar Adışirinov, Hüseyn Həsənov məşqlərə qatılıblar. Xatırladaq ki, lV Dünya çempionatı iyunun 8-də İsveçrənin Lozzana şəhərində keçiriləcək. Para-taekvondoçuların yarışına 15 idmançı ilə yollanan seçmə komandamız iyunun 7-də yola düşəcək. İdmançılarımız Bakıya iyunun 10-da dönəcəklər.
İdmançı heyəti aşağıdakı kimi təsdiqlənib:


1. Emin Nüsrətdinov (-58 kg)
2. Sahib Xasıyev (-58 kg)
3. Namiq Abbasov (-58 kg)
4. Rövşən Qəhramanlı (- 58 kg)
5. Əbülfəz Abuzərli (- 58 kg)
6. Nicat Müslümov (-68 kg)
7. Anar Hüseynov (-68 kg)
8. Aleksandr Poluşuk (-80 kg)
9. Vüsal İsmayılov (+80 kg)
10. Rövşən Rzayev (-80 kg)
11. Vüqar Adışirinov (+80 kg)
12. Cahangir Bayramov (+80 kg)
13. Royala Fətəliyeva (-49 kg)
14. Aynur Məmmədova (-57 kg)
15. Bahar Şıxəliyeva (-49 kg)