İsgəndər Əsgərov beynəlxalq oyunlarda hakimlik edəcək

İsgəndər Əsgərov beynəlxalq oyunlarda hakimlik edəcək


Gürcüstanın Tbilisi şəhərində avqustun 10-dan 19-dək 18 yaşadək kişilər arasında həndbol üzrə Avropa Həndbol Federasiyasının (EHF) çempionatı keçiriləcək. Beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov EHF nümayəndəsi kimi yarışa dəvət alıb.
Xatırladaq ki, yarışın əvvəlcə Telavi şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. Yeni tikilən idman sarayının hazır olmaması səbəbindən çempionatın Tbilisinin Olimpiya Sarayında keçirilməsinə qərar verilib.