Həndbol komandalarımızın avrokubokda rəqibləri müəyyənləşəcək

Həndbol komandalarımızın avrokubokda rəqibləri müəyyənləşəcək

İyulun 17-də Avropa Həndbol Federasiyasının (EHF) ofisində avrokubok yarışlarının yeni mövsümünün püşkü atılacaq və üç komandamızın rəqibi müəyyənləşəcək.
Qeyd edək ki, qadınlardan ibarət "Azərsu” kollektivi "EHF kuboku”, "Azəryol” komandası isə "Çağırış kuboku” uğrunda turnirdə mübarizə aparacaq. Kişilər arasında "Çağırış kuboku” uğrunda yarışlarda isə ölkəmizi "Bakı” həndbolçuları təmsil edəcəklər.