Badmintonçularımız beynəlxalq turnirdə mübarizə aparırlar

Badmintonçularımız beynəlxalq turnirdə mübarizə aparırlar

Nigeriyada bu gün badminton üzrə "Lagos İnternational-2018" beynəlxalq turniri başlayıb.
Təmsilçilərimizdən Ezmi Qovimuramadhoni mübarizəyə daha erkən qoşulacaq. Təsnifat mərhələsinin ilk görüşündən azad olan Ezmi ikinci mərhələdə nigeriyalı badmintonçular Kabiru Sarkin-Miri Adamu - Folorunşo İlesanmi Opeyori cütünün qalibi ilə üz-üzə gələcək.
Turnirə əsas mərhələdən start verəcək Edi Reski Dviçayonun ilk görüşdə rəqibi nigeriyalı Usman Ayo İsiaq olacaq.
"Lagos İnternational-2018" beynəlxalq turnirinə iyulun 21-də yekun vurulacaq.