Paralimpiyaçılarımız Avropa çempionu oldular

Paralimpiyaçılarımız Avropa çempionu oldular

May ayının 19-dan 28-nə kimi Rusiya Federasiyasının Tula vilayətinin Aleksino şəhərində Pauerliftinq idman növü üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan Milli Paralimpiya komandasını 107 kq-dan yuxarı çəki kateqoriyasında Məhərrəm Əliyev və 107 kq çəki kateqoriyasında Elşən Hüseynov təmsil ediblər. Elşən Hüseynov 233 kq çəkini qaldırmaqla Avropa çempionatının qızıl medalını qazanıb və Avropa rekordunu yeniləyib. Məhərrəm Əliyev isə 220 kq çəki ilə Avropa çempionatının qalibi və Avropa rekordçusu tituluna sahib olub.
İdmançılarımız Tula şəhərindən 2 qızıl medalla Vətənə qayıdıblar.

Milli Paralimpiya Komitəsinin
Mətbuat Xidməti