Qum şəhərində beynəlxalq turnir keçirilib

Qum şəhərində beynəlxalq turnir keçirilib

Mayın 23-24-də İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçirilib. Yığma komandanın üzvləri turniri 1 gümüş və 1 bürünc medalla başa vurub.
Turnirdə iştirak edən güləşçilərimizdən Azad Əliyev (66 kq) gümüş, Teymur Umarov (74 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü olublar.