Bədii gimnastlar güclərini sınayacaqlar

Bədii gimnastlar güclərini sınayacaqlar

Milli Gimnastika Arenası ən zərif gimnastika növünün nümayəndələri avqustun 10-12-də bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində güclərini sınayacaqlar.
Fərdi gimnastlar 2002-2010-cu il təvəllüdlü və daha böyük, qrup komandaları isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü yaş kateqoriyasında mübarizə aparacaqlar.
Qaliblər fərdi gimnastlar arasında çoxnövçülük xalına görə, qrup hərəkətləri komandalarında ayrı-ayrı alətlərdə çıxışlarına görə və komanda hesabında müəyyənləşəcək.