BATE - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi

BATE - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi



Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək BATE - "Qarabağ" cavab oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Oyunun baş hakimi olan Andris Treymanisə həmyerliləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək. Hakimlər briqadası Latviyadandır.