AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən iki klubu cərimələyib.
Olimpnews.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, XXI turun “İmişli” – “Şamaxı” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
“Sabah” – “Kəpəz” matçında isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat ziyana düşüb.


