Azərbaycanın UEFA reytinqi son illərin ən yüksək göstəricisinə çatdı

Azərbaycanın UEFA reytinqi son illərin ən yüksək göstəricisinə çatdı

“Qarabağ”ın UEFA Çempionlar Liqasında uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812-yə bərabər olub.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, bu, 2023/2024-cü illər mövsümündən sonra (5,850) ikinci ən yüksək göstəricidir.

Həmçinin Ağdam təmsilçisi cari mövsüm klubun UEFA reytinqində 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11,000 xallıq göstəricini geridə qoyub.