Badmintonçularımız beynəlxalq turnirdə mübarizə aparacaq

Badmintonçularımız beynəlxalq turnirdə mübarizə aparacaq


Badminton üzrə Azərbaycan millisinin üzvləri Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan turnirlərdə çıxışlarını davam etdirirlər.
Belə ki, badmintonçularımız avqustda iki beynəlxalq turnirdə qüvvəsini sınayacaqlar. İdmançılarımız avqustun 13-16-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək "Eurasia Bulgarian Open Championship” turnirinə qatılacaqlar. Reytinqi yüksək olan Edi Reski Dviçayo yarışa əsas, Ezmi Qovimuramadhoni isə təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan badmintonçuları daha sonra Ukraynanın Xarkov şəhərində keçiriləcək "RSL Kharkiv International” turnirində iştirak edəcəklər. Avqustun 29-dan sentyabrın 2-dək təşkil ediləcək yarışda Edi Reski Dviçayo mübarizəyə əsas, Ezmi Qovimuramadhoni isə təsnifat mərhələsindən qoşulacaqlar.