Təlim-məşq toplantısı keçirilib

Təlim-məşq toplantısı keçirilib


Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində polis işçiləri üçün təlim-məşq toplantısı keçirilib.
Təlim-məşq şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnməsi məqsədi daşıyıb.
Toplantıda idmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hakim Hacıyev çıxış edərək silahsız özünümüdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsipləri barədə məlumat verib, hər polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətindən danışıb.
Sonra əməkdaşlar öyrəndikləri fəndlər əsasında öz bacarıqlarını nümayiş etdiriblər.