"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 1-ci turun "Sumqayıt” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. Qələbəyə sevindiyini açıqlayan italiyalı mütəxəssis komandanın istədiyi oyunu götərmədiyini deyib:
"Çempionatda ilk matçı keçirmək çox xoşdur. Qalib gəlsək də, istədiyimiz oyunu göstərə bilmədik. Düzdür, rəqib komanda ikinci hissənin ortalarında azlıqda qaldı. Bununla belə, gözlədiyimiz oyunu nümayiş etdirmədik. Zədə səbəbindən məcburi əvəzetmələrə əl atmalı olduq. Artıq "Qəbələ” ilə oyuna hazırlaşacağıq”.