"Qarabağ" sabah yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 19:00) BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq. Baş məşqçi Qurban Qurbanov isə yerli vaxtla saat 17:45-də (Bakı vaxtıyla 18:45) media mənsublarının suallarını cavablandıracaq.
Qeyd edək ki, BATE - "Qarabağ" matçı 14 avqust saat 21:00-da start götürəcək.